Elşad İsgəndərov: “Ölkəyə müqəddəs kitabların, o cümlədən bu kitabların təsdiq olunmuş tərcümələrinin gətirilməsində heç bir problem olmayacaq”

Elşad İsgəndərov: “Ölkəyə müqəddəs kitabların, o cümlədən bu kitabların təsdiq olunmuş tərcümələrinin gətirilməsində heç bir problem olmayacaq”
# 07 avqust 2012 13:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov verib. O, dini ədəbiyyatın ölkəyə gətirilməsi prosesinin sadələşdirilməsi məsələsinə də münasibət bildirib: “Bununla bağlı müəyyən təhlil və araşdırma işləri aparılıb. Ölkəyə gətirilən dini ədəbiyyatın istiqamətləri də müəyyənləşdirilir”.

Komitə sədri ilk növbədə ölkəyə müqəddəs kitabların, o cümlədən bu kitabların təsdiq olunmuş tərcümələrinin gətirilməsində heç bir problemin olmayacağını qeyd edib:

“Bununla bağlı hazırlanan məktub yaxınlarda Dövlət Gömrük Komitəsinə göndəriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR