Planşetlərin satış həcmi 5 ildən sonra noutbukları keçəcək

Planşetlərin satış həcmi 5 ildən sonra noutbukları keçəcək
# 11 iyul 2012 08:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Artıq 4 ildən sonra – 2016-cı ildə planşetlər satışın həcminə görə noutbukları geridə qoyacaq. «APA-Economics»in NPD araşdırma şirkətinin məlumatlarına istinadən verdiyi xəbərə görə, 2012-ci ildə dünyada 347 mln. mobil kompüter (noutbuk və planşet) satılacaq, 2017-ci ildə isə bu rəqəm artıq 809 mln-a çatacaq.

Proqnozlara görə, noutbukların satışı 2012-ci ildəki 208 mln-dan təxminən 2 dəfə artaraq 2017-ci ildə 393 mln-a, planşetlərin satışı isə bu dövrdə 3,5 dəfə artaraq 121 mln-dan 416 mln-a çatacaq.

NPD analitikləri bildirir ki, artıq 2016-cı ildə planşetlərin satışı noutbukları keçəcək. Lakin noutbukların bazar payının azalması kəskin olmayacaq. Belə ki, indi noutbuklar kompüter bazarının 60%-ni tutduğu halda, 5 ildən sonra bu rəqəm 49%-ə enəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR