BMT baş katibi Ümumdünya Autizm Günü ilə bağlı müraciət yayıb

BMT baş katibi Ümumdünya Autizm Günü ilə bağlı müraciət yayıb
# 02 aprel 2013 07:27 (UTC +04:00)

Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Autizm Günü ilə bağlı müraciət yayıb. BMT-nin Bakıdakı ofisindən APA-ya daxil olan müraciətdə bildirilir ki, dünyada milyonlarla insana zərər vurmuş autizm və bu kimi digər inkişaf pozuntularına münasibətdə beynəlxalq ictimaiyyətin diqqəti artıra bilib.

Baş katib qeyd edib ki, BMT Baş Assambleyasının cari sessiyası bu məsələ ilə bağlı yeni qətnamə qəbul etməklə, zərər çəkmiş şəxslərə və ailələrə kömək etməkdə öhdəlik nümayiş etdirib: “Qətnamə üzv dövlətləri və digərlərini tədqiqatlarını gücləndirməyə və onların səhiyyə, təhsil, əmək məşğuliyyəti sahələrində xidmətlərini genişləndirməyə çağırır. Ümumdünya Səhiyyə Təşkilatının İdarə Heyəti autizm spektr pozuntularını qarşıdakı may sessiyasında müzakirə edəcək. Beynəlxalq ictimaiyyətin diqqəti stiqma, məlumat çatışmazlığı və qeyri-qənaətbəxş dəstək strukturu kimi problemlərin aradan qaldırılması üçün əsasdır. Cari tədqiqat erkən müdaxilənin autizm əlamətləri olan insanlara qabiliyyətlərini artırmaqda çox kömək edə biləcəyini göstərir. İndi daha inkluziv cəmiyyətin yaradılması üçün səy göstərmək, zərər çəkmiş insanların istedadlarını aşkarlamaq və onlara potensiallarından düzgün istifadə etmək üçün imkanlar yaratmaq vaxtıdır.

23 sentyabrda Baş Assambleya autizm spektr pozuntularından əziyyət çəkənlər də daxil olmaqla bir milyarddan çox əlilin vəziyyətini müzakirə etmək üçün yüksək səviyyəli görüş keçirəcək. Ümidvaram liderlər bu insanlara və ümumilikdə bəşəriyyətə yardım etmək üçün bu imkandan istifadə edəcəklər.

Gəlin autizm spektr pozuntularından əziyyət çəkən insanlarla əl-ələ işləməyə, onlara güclü tərəflərini inkişaf etdirməyə və eyni zamanda onların qarşılaşdıqları çətinliklərin qarşısını almağa davam edək və onlara haqları olan layiqli həyat yaşamalarına yardım edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR