Avropa Şurası Nazirlər Komitəsi: “Münaqişə tərəfləri daha konstruktiv dialoq qurmalıdır”

Avropa Şurası Nazirlər Komitəsi: “Münaqişə tərəfləri daha konstruktiv dialoq qurmalıdır”
# 27 yanvar 2014 16:42 (UTC +04:00)

APA-nın Strasburqa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Avropa Şurası Nazirlər Komitəsində yaxın 6 ay ərzində sədrlik edəcək Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən deyib.

Azərbaycan nümayəndə heyətinin digər üzvü Qənirə Paşayeva isə bir neçə gün əvvəl Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Əlibəyli kənd sakini, 38 yaşlı Ruhiyyə Hüseynovanın yaralandığını bildirib. Azərbaycanlı deputat qeyd edib ki, erməni hərbçiləri dinc insanlara qarşı tez-tez belə addımlar atır. Bununla əlaqədar olaraq S.Kunts deyib ki, qurum məsələni nəzərdən keçirir və vəziyyəti diqqətdə saxlayır: Düşünürəm ki, dialoq əsas məqsəd olmalıdır. Təbii ki, biz zorakılığın qarşısını almalıyıq. Mən ümid edirəm ki, Avropa Şurası öz töhfələrini verə bilər. Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi hesab edirəm ki, bu barədə ikitərəfli müzakirələri apara bilərik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR