Gürcüstanda “Argus Xəzər-Qara dəniz nəqliyyat koridoru” adlı beynəlxalq forum keçiriləcək

Gürcüstanda “Argus Xəzər-Qara dəniz nəqliyyat koridoru” adlı beynəlxalq forum keçiriləcək
# 28 avqust 2014 08:07 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Sentyabrın 24-də Batumidə “Argus Xəzər-Qara dəniz nəqliyyat koridoru” adlı birinci beynəlxalq forum keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Foruma ən böyük neft, nəqliyyat və loqistika şirkətlərinin nümayəndələri, neft emal edən zavodlar, həmçinin Gürcüstan, Azərbaycan, Ermənistan, Türkmənistan, İran, Türkiyə, Rumıniya, Bolqarıstan, Özbəkistan, Əfqanıstan, Qazaxıstan, Rusiya və başqa ölkələrdən olan yanacaq istehlakçıları dəvət olunub.

Məlumata görə, tədbirdə “Azərbaycanın nəqliyyat koridorunun inkişaf perspektivləri”, “Xəzərdən Qara dənizədək, Mərkəzi Asiyadan Avropayadək nəqliyyat loqistikası və tarif siyasəti”, “Neft və quru yük nəqliyyat axınlarının qiymətləndirilməsi”, “Nəqliyyat mərkəzlərindən yeni regional layihələr” mövzularında müzakirələr aparılacaq.

Tədbirdə Gürcüstan İqtisadiyyat Nazirliyinin nümayəndəsi giriş sözü ilə çıxış edəcək, eyni zamanda məruzələr dinləniləcək.


Sentyabrın 25-də iştirakçılar Gürcüstanın Qara dəniz sahilindəki əsas neft terminallarına ekskursiya edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR