ATƏT-in layihə əlaqələndiricisi: “Kiberhücumlar beynəlxalq əməkdaşlığı dərinləşdirməyi zərurətə çevirir”

ATƏT-in layihə əlaqələndiricisi: “Kiberhücumlar beynəlxalq əməkdaşlığı dərinləşdirməyi zərurətə çevirir”
# 13 aprel 2015 07:19 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri ATӘT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski informasiya erasında milli təhlükəsizliyin təmin olunmasına dair tədbirdə çıxışında deyib. O bildirib ki, internetdə təhlükəsizlik problemləri ciddi yayılma effektinə malikdir: "Hazırda bütün ölkələr kiberhücumlara məruz qalır. Bu da beynəlxalq əməkdaşlığı dərinləşdirməyi zərurətə çevirir. Azərbaycanda sürətli inkişaf və modernləşmə bu sahəyə diqqəti artırmağın vacibliyini ortaya qoyur. ATӘT Azərbaycan hökumətinə öz təhlükəsizliyini təmin etməkdə kömək göstərməkdən məmnundur. Bizim məqsədimiz Azərbaycan hökumətinin mövcud səylərini dəstəkləməkdir”.

A. Şahtaxtinski Fransada televiziyalardan birinin kiber hücuma məruz qaldığını və bunu “İŞİD”in öz boynuna götürdüyünü xatırladıb: “”İŞİD” bu gün kiberhücumlarla tәhdid edir. Bu bizim üçün siqnal olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR