Bakıda “Yaxt klub”un yaxınlığında dənizə düşən şəxs xilas edilib

Bakıda “Yaxt klub”un yaxınlığında dənizə düşən şəxs xilas edilib
# 15 may 2014 03:34 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən Bakı şəhəri, Səbail rayonunda “Yaxt klub”un yaxınlığında (“Bakı-Mərkəz” sularda xilasetmə məntəqəsindən, təxminən, 1 km məsafədə, nəzarət olunmayan ərazidə), 1 nəfər sərxoş halda dənizə düşüb.

Hadisə yerinə cəlb olunan dalğıc-xilasedicilər həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR