ETSN çaylardakı mövcud vəziyyətı açıqlayıb

ETSN çaylardakı mövcud vəziyyətı açıqlayıb
# 11 aprel 2014 12:31 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aprelin 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 25 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 299 m3/s olmaqla ongünlük normanın 40 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm iki dəfə çox olmaqla 573 m3/s və ongünlük normanın 77 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 86 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 137 m3/s təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.

Aprelin 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 6, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 8 sm artım, Bankədə isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm, Şirvanda 187 sm, Salyanda 100 sm, Bankədə 185 sm, Araz çayının Novruzlu məntəqəsində isə 63 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR