Təhsil müəssisələrinin yanında qanunsuz olaraq avtomobil saxlayan şəxslər cəzalandırılır

Təhsil müəssisələrinin yanında qanunsuz olaraq avtomobil saxlayan şəxslər cəzalandırılır
# 17 sentyabr 2013 14:03 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, təhsil müəssisələrinin yanında dayanma və durma nişanının təsir sahəsində avtomobil saxlayan 42 sürücünün avtomobili evakuasiya edilib, dayanma və durma nişanının təsir sahəsində saxlanılan 100 avtomobilin bort kompüter vasitəsi ilə şəkli çəkilərək fotomaterial hazırlanıb. Avtomobili qanunsuz park edən, lakin avtomobilin yanında olan 65 nəfər haqda inzibati protokol tərtib edilib.

V. Əsədov bu cür reydlərin tam nəticəsi olana qədər davam edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR