GUAM və ATƏT baş katibləri arasında görüş keçirilib

GUAM və ATƏT  baş katibləri arasında görüş keçirilib
# 03 iyun 2013 12:20 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. GUAM-ın baş katibi Valeri Çeçelaşvili ATƏT-in baş katibi Lamberto Zannyerlə görüşüb. APA-nın GUAM mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, tərəflər ATƏT-lə GUAM arasında münasibətlərin ənənəvi xarakter almasının vacibliyini vurğulayıblar.

Görüşdə müxtəlif sahələrdə, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə dair birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub, GUAM-ın iyunun 19-20-də Vyanada keçiriləcək növbəti «Annual Security Review Conference» konfransında iştirakının vacibliyi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR