Azərbaycan prezidenti ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

Azərbaycan prezidenti ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
# 28 iyun 2014 12:45 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


APA-nın xəbərinə görə, görüşdə ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyev və Ranko Krivokapiç sessiyada məhsuldar müzakirələrin aparılacağına ümidvar olduqlarını bildiriblər.


Söhbət zamanı Azərbaycanla Monteneqro arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əlaqələrin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR