İranda zavodda partlayış baş verib, ölən və yaralananlar var

İranda zavodda partlayış baş verib, ölən və yaralananlar var
# 18 fevral 2014 08:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Mərkəzi vilayətində zavodda partlayış baş verib. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə iki fəhlə ölüb, bir nəfər yaralanıb.

Partlayış fevralın 17-də, yerli vaxtla saat 21:00-da Savə şəhərinin “Kiyan Tire” zavodunda içərisi mazutla dolu olan tankerin boşaldılması zamanı qeydə alınıb. Belə ki, zavodda maye yanacaqdan istifadə edilməsinə baxmayaraq, son günlər İranda havaların sərt keçməsi və qaz qıtlığı səbəbindən “Kiyan Tire” zavodu mazut sifariş verib. İran Neft Nazirliyi də zavodun sifarişinə əsasən 500 min litr mazutu 5 mərhələdə təhvil verib. Ancaq sonuncu mərhələdə mazutun tərkibi zavod rəhbərliyinin xoşuna gəlməyib və onlar fəhlələrə yanacağı yenidən tankerə qaytarmaq göstərişi veriblər. Nəticədə güclü partlayış baş verib. Yanacaq paylayan şirkətin işçiləri Əli Abbasi və Rza Cavadzadə yerindəcə ölüb, digər fəhlə Mənsur Cavadzadə isə yaralanaraq Yəftabad şəhidlər xəstəxanasına qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR