Azərbaycanda 54 yaşlı qadın özünü beşmərtəbəli binanın damından atıb

 Azərbaycanda 54 yaşlı qadın özünü beşmərtəbəli binanın damından atıb
# 27 dekabr 2013 15:17 (UTC +04:00)

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi 42 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 54 yaşlı Naibə Cəfərqulu qızı Sultanova yaşadığı beşmərtəbəli binanın damına çıxaraq özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. N. Sultanovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, intihar edən N. Sultanova Suraxanı Rayon Polis İdarəsində ştab rəisi vəzifəsində çalışan Qadir Qəhrəmanovun yaxın qohumudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR