Polşa Azərbaycan neftinin Odessa-Brodı-Plotsk kəməri ilə ixracı üçün yazılı zəmanət istəyir

Polşa Azərbaycan neftinin Odessa-Brodı-Plotsk kəməri ilə ixracı üçün yazılı zəmanət istəyir
# 31 may 2013 13:19 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu «Ukrinform» agentliyinə Polşa İqtisadiyyat Nazirliyi Neft və qaz Departamentin nümayəndəsi Miloş Karpinskiy bildirib: «Sadəcə olaraq, bizə Azərbaycan tərəfinin bu layihə vasitəsi ilə ildə 10 mln. ton neftin nəql etməyə hazır olması barədə yazılı zəmanət lazımdır».


Onun sözlərinə görə, rəsmi Bakı hazırda yalnız şifahi zəmanət verir: «Biz isə əmin olmaq istəyirik ki, Azərbaycan bu kəmər vasitəsi ilə ən azı 10 mln. ton neft nəql edəcək və Avropa istehlakçıları bu nefti ala biləcəklər».


M.Karpinskiy əlavə edib ki, Avropa Birliyinin «İnfrastruktur və mühit» Proqramı çərçivəsində Odessa-Brodı-Plotsk kəmərinin tikintisi üçün ayrılan 16 mln. ABŞ dollarının Polşa tərəfindən digər layihələrə xərclənməsi heç də bu ölkənin layihəyə marağının azalmasından xəbər vermir: «Əgər layihə ilə bağlı müsbət nəticələr əldə olunacaqsa, Polşa həmin vəsaitləri qaytaracaq».


Qeyd edək ki, 2004-cü ilin iyul ayında Ukraynanın «Ukrtransnafta» və Polşanın «Przyjazn» şirkəti «Sarmatiya» Boru Kəməri Şirkətinin təsis edilməsinə dair sənədlər imzalayıb. Yeni şirkət 490 km uzunluğu olan Brodı-Plotsk neft kəmərinin inşası layihəsinin icrası ilə məşğul olacaq. Odessadan başlayan bu kəmər sonrakı mərhələdə Şimali Polşanın Qdansk şəhərinə kimi uzadılacaq. Layihədə iştirak edən 4 şirkətin («Przyjazn», «Ukrtransnafta», Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstan Milli Neft Korporasiyası) hər birinin «Sarmatiya»da iştirak payı 24,75%, Litvanın «Klaipedos Nafta» şirkətinin payı isə 1% təşkil edir. Layihənin ümumi dəyəri isə 455 mln. dollar həcmində qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR