Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində iştirak üçün 7938 nəfər abituriyent öz ərizəsini təsdiq etdirib

Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində iştirak üçün 7938 nəfər abituriyent öz ərizəsini təsdiq etdirib
# 08 may 2013 07:40 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, bu gün gecə saat 12:00-dək ərizələrini təsdiq etdirən abituriyentlər mayın 19-da Bakıda və bölgə mərkəzlərində keçiriləcək rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində iştirak etmək şansı qazanacaqlar.

Mayın 8-dək ərizələrini təsdiq etdirməyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edəcəklər. Rus bölməsi üzrə Azərbaycan dili imtahanının II mərhələsi isə iyunun 23-də yalnız Bakıda keçiriləcək.

E. Nağızadə qeyd edib ki, bu saata kimi rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində iştirak etmək 7938 nəfər abituriyent öz ərizəsini təsdiq etdirib. Onlardan 2571-i I, 2418-i II, 2088-i III, 861-i isə IV ixtisas qrupuna sənəd verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR