Ramin Mehmanpərəst: “İranın nüvə enerjisindən faydalanmaq hüququ rəsmi şəkildə tanınsa, razılaşma əldə etmək mümkündür”

Ramin Mehmanpərəst: “İranın nüvə enerjisindən faydalanmaq hüququ rəsmi şəkildə tanınsa, razılaşma əldə etmək mümkündür”
# 06 may 2013 08:43 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranın nüvə enerjisindən faydalanmaq hüququ rəsmi şəkildə tanınacağı təqdirdə razılaşmanın əldə olunması mümkündür”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib.

Onun sözlərinə görə, İran Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması müqaviləsindəki (NPT) öhdəliklərinə sadiqdir: “Lakin ölkəmizin inkişafı üçün dinc məqsədli nüvə enerjisindən faydalanmaq haqqını da müdafiə edəcəyik. Düzdür, Qərb ölkələrində İranın nüvə proqramı ilə bağlı bəzi narahatlıq və şübhələr var. Ancaq İranın nüvə haqqı rəsmi şəkildə tanınarsa, həmin narahatlıqların aradan qaldırılması üçün razılaşma əldə edilə bilər”.

Qeyd edək ki, mayın 15-də İstanbulda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR