“Ərəb ölkələri ilə Azərbaycan Respublikası və Orta Asiya dövlətləri arasında əməkdaşlıq və iqtisadiyyat” adlı birinci forum keçiriləcək

“Ərəb ölkələri ilə Azərbaycan Respublikası və Orta Asiya dövlətləri arasında əməkdaşlıq və iqtisadiyyat” adlı birinci forum keçiriləcək
# 28 noyabr 2013 08:59 (UTC +04:00)

Bakı – APA. Dekabrın 2-3-də Ər-Riyad şəhərində Ərəb Dövlətləri Liqasının və Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə “Ərəb ölkələri ilə Azərbaycan Respublikası və Orta Asiya dövlətləri arasında əməkdaşlıq və iqtisadiyyat” adlı birinci forum keçiriləcək. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Azərbaycan nümayəndə heyətinin tərkibinə İqtisadiyyat və Sənaye və Energetika nazirliklərinin nümayəndələri də daxildir.

Forum çərçivəsində Ərəb Dövlətləri Liqasının üzv dövlətlərinin, Azərbaycan Respublikasının və Orta Asiya ölkələrinin maliyyə, ticarət və investisiya qurumlarının nümayəndələrinin iştirakı ilə iclasın keçirilməsi də nəzərdə tutulub.

Forumun yekun sənədi olaraq Ərəb Dövlətləri Liqası, Azərbaycan Respublikası və Orta Asiya ölkələri tərəfindən əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və Ər-Riyad Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Səudiyyə Ərəbistanına səfər çərçivəsində nazir müavini M. Məmmədquliyevin Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı və digər regional maliyyə və iqtisadi qurumlarda da görüşlərinin keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR