Azərbaycan maldarlıq sahəsində fermerlərə subsidiyaların verilməsi üçün xarici təcrübəni öyrənir

Azərbaycan maldarlıq sahəsində fermerlərə subsidiyaların verilməsi üçün xarici təcrübəni öyrənir
# 10 may 2014 08:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan maldarlıq sahəsində fermerlərə subsidiyaların verilməsi üçün xarici təcrübəni öyrənir.

APA-Economics”in məlumatına görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin, Avropanın fermerlərə maldarlığın inkişafı ilə bağlı subsidiyaların verilməsi sahəsində tətbiq etdikləri təcrübə ilə bağlı araşdırmalar aparır: "Bununla bağlı müzakirələr gedir. Çox güman ki, əldə etdiyimiz bu məlumatlar həm bitkiçilik, həm də heyvandarlıqda subsidiyaların verilməsinin təkmilləşdirilməsi təklifində əksini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR