Bakıda sabah axşama qədər güclü külək olacaq - VİDEO

Bakıda sabah axşama qədər güclü külək olacaq - <span style="color: red;">VİDEO
# 22 iyun 2014 13:04 (UTC +04:00)

Ekolgiya və Təbii Sərvətlər Nazirliyini (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 24-29, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərindən dəniz suyunun temperaturu 22-23 dərəcə, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Bölgələrdə gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Güclü qərb, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

İyunun 22-dən başlayan güclü şimal-qərb küləyi sabah axşama kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR