Nazir Əli Abbasov: «Azərbaycanda kiber hücumların 90%-i xarici ölkələrdən həyata keçirilir» - FOTO

Nazir Əli Abbasov: «Azərbaycanda kiber hücumların 90%-i xarici ölkələrdən həyata keçirilir» - <span style="color: red;">FOTO
# 02 dekabr 2013 14:16 (UTC +04:00)

Bunun böyük əksəriyyəti isə bəzər hökumət səviyyəsində aparılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, Azərbaycan kiber hücumlara qarşı həm milli, həm də beynəlxalq səviyyədə mübarizə aparmağa çalışır: «Hər il kibercinayətkarlıqla mübarizədə əməkdaşlıq edənlər artır. Azərbaycan kibertəhlükəsizlik sahəsində Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və digər təşkilatlarla əməkdaşlıq edir».

Nazir bildirib ki, Azərbaycanın kiber hücumların qurbanına çevrilib: «Məqsədimiz qabaqcıl təcrübəni bölüşmək və müzakirə etməkdir. Bu konfransa da 15 ölkədən, həmçinin beynəlxalq təşkilatların geniş tərkibli iştirakçıları qatılıb. Azərbaycan buna qarşı tədbirlər görüb və müəyyən dərəcədə qarşısı alınıb».

Ə.Abbasov deyib ki, Azərbaycan əməkdaşlıq apararaq qlobal təhlükəsizliyə nail ola, resurslarını birləşdirməklə ümumi həll yolu əldə edə bilər: «Azərbaycana kiber hücumlar ildə 30% artır. Kubertəhlükəsizlikdə müxtəlif qurumların məsuliyyəti dəqiqləşdirilməlidir. Buna görə, qanuna əlavə və dəyişikliklər hazırlanır. Burada məsuliyyətin bölüşdürülməsi əks olunacaq».

Nazir bildirib ki, Azərbaycanda kibertəhlükəsizlik çox sektorlu sahədir: «Düşünürəm ki, ölkədə fəaliyyət göstərən operatorlar və provayderlər kiber hücumların haradan gəldiyini vaxtında dövlət qurumlarına deməyə kömək edə bilər».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR