Banqladeşdə çökən binada ölənlərin sayı 750 nəfəri ötüb

Banqladeşdə çökən binada ölənlərin sayı 750 nəfəri ötüb
# 08 may 2013 07:23 (UTC +04:00)

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Banqladeş ordusunun rəsmi nümayəndəsi Mir Rabbi açıqlayıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir və ölənlərin sayının artacağı bildirilir.

Binada 4 tikiş fabriki, çoxlu sayda mağaza və bank şöbələri fəaliyyət göstərib. Binanın çökməsinə təhlükəsizlik normalarına zidd quraşdırılmış 4 güclü generatorun səbəb olduğu güman edilir. Belə ki, binada işıqlar söndükdən sonra həm generatorların, həm də tikiş maşınlarının eyni anda işə düşməsi güclü silkələnməyə səbəb olub və bina çöküb. Həmin an içəridə 3 mindən çox adam olub. Onlardan 2,4 minə yaxını xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR