Hicran Hüseynovanın Salyanda keçirəcəyi qəbulun vaxtı dəyişdirilib

Hicran Hüseynovanın Salyanda keçirəcəyi qəbulun vaxtı dəyişdirilib
# 05 fevral 2014 08:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın fevralın 21-də Salyanda nəzərdə tutulan qəbulu fevralın 18-nə keçirilib. Bu barədə APA-ya komitənin mətbuat xidmətindən bildirilib.

H. Hüseynova Salyanda bu rayonla yanaşı Şirvan şəhəri, Sabirabad, Saatlı, Neftçala, Hacıqabul rayonlarının vətəndaşları da qəbul ediləcək.

Qəbulda vətəndaşlar ailələri daha çox narahat edən məsələlər, xüsusilə, qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək, işlə təminat, alimentlərin ödənilməsindəki çətinliklər, qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsi (Əlaqə telefonu: (012) 4980092) və Salyan rayon İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR