İran polisi Van-Təbriz sərnişin qatarında qaçaq türk geyimləri ələ keçirib

İran polisi Van-Təbriz sərnişin qatarında qaçaq türk geyimləri ələ keçirib
# 18 noyabr 2013 11:43 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran polisi Van-Təbriz reysi ilə hərəkət edən sərnişin qatarında Türkiyə istehsalı olan və qaçaq yolla ölkəyə keçirilməsinə çalışılan külli miqdarda geyim malları ələ keçirib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Dəmir Yolu İdarəsinin polis rəisi Sasan Kaləmi açıqlama verib.

Onun sözlərinə görə, İran polisinin ələ keçirdiyi qaçaq geyim məhsulları arasında köynək və ayaqqabılar olub. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində həbs edilib.

S.Kaləmi həmçinin İran polisinin apardığı yoxlamalar zamanı Tehran-Ankara reysi ilə hərəkət edən sərnişin qatarında da qaçaqmal olan külli miqdarda siqaret ələ keçirildiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR