Azərbaycan prezidenti İSESCO-nun baş direktorunu qəbul edib

Azərbaycan prezidenti İSESCO-nun baş direktorunu qəbul edib
# 30 may 2013 15:05 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul edib. APA-nın məlumatına görə, görüşdə ölkələr və xalqlararası əlaqələrin genişləndirilməsində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi qeyd olunub, Forumda müzakirə edilən məsələlərin əhəmiyyəti vurğulanaraq bu məsələlərin müxtəlif mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi bildirilib.

Söhbət zamanı, həmçinin Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR