Abdulla Gül: “Azərbaycanın ərazi bütövlüyü Türkiyənin önəm verdiyi əsas məsələdir”

Abdulla Gül: “Azərbaycanın ərazi bütövlüyü Türkiyənin önəm verdiyi əsas məsələdir”
# 12 noyabr 2013 14:18 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Abdulla Gül deyib. O, Azərbaycan prezidenti ilə görüşdə ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunduğunu söyləyib: “İkitərəfli münasibətlərdə çox önəmli böyük iqtisadi layihələr – enerji, qaz, nəqliyyat layihələrini nəzərdən keçirdik. Ayrıca, Azərbaycanın milli məsələsi, bizim də milli məsələmiz olaraq baxdığımız Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqların azad edilməsi məsələlərini nəzərdən keçirdik. Bu problemlər şübhəsiz ki, Türkiyənin ən çox önəm verdiyi məsələlərdən biridir. Ümid edirəm ki, əvvəl-axır bu məsələ həllini tapacaq. Bütün bunların diplomatiya yolu ilə gerçəkləşməsinə də böyük önəm veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR