Dubay Əmirliyi Azərbaycan investorlarını əməkdaşlığa dəvət edir

Dubay Əmirliyi Azərbaycan investorlarını əməkdaşlığa dəvət edir
# 20 sentyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Dubay Ticarət və Sənaye Palatası Azərbaycan şirkətlərini BƏƏ-nin Dubay Əmirliyinin iqtisadiyyatına sərmayə yatırmağa çağırır. APA-nın «CPI Finance» saytına istinadən verdiyi məlumata görə, bunu Palatanın direktoru Həsən əl Haşimi bildirib.

Onun sözlərinə görə, Palatanın «Anchor 100» təşəbbüsü dünyanın 100 qabaqcıl şirkətinin əmirliyə sərmayə yatırılmasını nəzərdə tutur.


H.əl Haşimi həmçinin vurğulayıb ki, ötən ilin noyabr ayında açılan Dubay Ticarət və Sənaye Palatasının Bakı nümayəndəliyi Dubay, Azərbaycan və bütövlüklə MDB-də ölkələrinin biznesmenlərini bir biri ilə daha da yaxınlaşdırması üçün böyük iş görür: «Dubay Azərbaycan biznesmenlərinin Fars körfəzi və Yaxın Şərq ölkələri ilə əməkdaşlıq etməsi üçün baza olan bilər. Çünki bizim inkişaf etmiş infrastruktur, güclü hüquqi sistem və şaxələndirilmiş iqtisadiyyatımız var. Mən Azərbaycan biznesmenlərini Dubay iqtisadiyyatına, xüsusi ilə ticarət, logistika, tikinti, turizm və maliyyə sahələrinə çıxmağa çağırıram. Dubay Ticarət və Sənaye Palatasının Bakı ofisi əmirliyə sərmayə yatırmaq imkanları barədə ətraflı məlumat verə bilər».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR