Naxçıvanda hərbi qulluqçulara yeni mənzillər verilib - FOTO

Naxçıvanda hərbi qulluqçulara yeni mənzillər verilib  - <span style="color: red;">FOTO
# 03 yanvar 2014 08:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni mənzillər verilib.

APA-nın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mənzillə təmin olunan hərbi qulluqçuları və onların ailələrini təbrik edib. V. Talıbov bildirib ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində hərbçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Qüsursuz xidmət edən hərbi qulluqçuların mənzillərlə təmin olunması ölkə prezidentinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Qeyd edək ki, isitmə, soyutma və yanğından mühafizə sistemləri ilə təmin olunan mənzillərdən 14-ü üçotaqlı, 2-si isə iki­otaqlıdır. Hər birinin sahəsi 139 kvadratmetr olan mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR