Əhəd Qəzai: “Heç bir ciddi pozuntuya rast gəlmədim”

Əhəd Qəzai: “Heç bir ciddi pozuntuya rast gəlmədim”
# 11 oktyabr 2013 09:59 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Azərbaycanda keçirilən prezident seçkilərində heç bir ciddi pozuntu qeydə almamışam”. Bunu APA-ya açıqlamasında İran-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri, İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzai deyib. O bildirib ki, insanlar seçkilərə böyük həvəslə gedirdilər, seçki məntəqələrində çoxlu müxalifət nümayəndələri olub: “Mən özüm və məni müşayiət edən nümayəndə heyəti Bakıda və onun ətrafındakı 25 seçki məntəqəsində olduq, üstəlik Şuşadan, Xocalıdan olan məcburi köçkünlər üçün Yasamalda yaradılmış seçki məntəqələrinə də baş çəkdik. Orada insanlar hətta səhər saatlarından növbəyə durublar. Başqa seçki məntəqələrdən fərqli olaraq, onlar daha fəal iştirak edirdilər və bildirirdilər ki, seçkilərə hazırlığın səviyyəsindən razıdırlar. Arzu etdim ki, bir gün Şuşanın özündə müşahidə aparım. Ümumilikdə isə, müşahidə zamanı nəticələrə təsir göstərə biləcək heç bir ciddi pozuntuya rast gəlmədim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR