Abşeronda 3 ədəd tank əleyhinə mina aşkarlanıb

Abşeronda 3 ədəd tank əleyhinə mina aşkarlanıb
# 18 fevral 2014 21:42 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Qaraboğaz düzənliyində vətəndaşa məxsus olan ərazidə döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Sursatın istifadəyə yararlı 3 ədəd tank əleyhinə mina olduğu müəyyən olunub. Minalar hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarətinə verilib. Əməliyyat haqqında əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR