Azərbaycanda ana və üç azyaşlı oğlu evdə ölü tapılıb - YENİLƏNİB

Azərbaycanda ana və üç azyaşlı oğlu evdə ölü tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 02 noyabr 2013 09:21 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Astarada bədbəxt hadisə nəticəsində bir ailənin 4 üzvü ölüb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Kənd sakini, 1981 təvəllüdlü Leyla Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rza evdə ölmüş vəziyyətdə aşkar olunublar.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunublar. Meyitlər müayinə olunub və onlarda hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Güman edilir ki, onlar dəm qazından boğulublar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR