Rusiyanın Ukraynaya qaz borcunun ödənilməsi üçün verdiyi vaxt başa çatıb - VİDEO

Rusiyanın Ukraynaya qaz borcunun ödənilməsi üçün verdiyi vaxt başa çatıb - <span style="color: red;">VİDEO
# 11 iyun 2014 03:10 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA TV. Rusiyanın Ukraynaya qaz borcunun ödənilməsi üçün verdiyi vaxt başa çatıb. Lakin Ukraynanın "Naftoqaz" şirkəti pul ödəməyib. Bu isə o deməkdir ki, Rusiya Ukraynaya qaz nəqlini bu gündən dayandıra bilər.

APA TV-nin verdiyi məlumata görə, qaz böhranı ilə bağlı Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli görüşü isə baş tutmayıb və bu günə keçirilib. Rusiya tərəfi Brüsseldəki görüşə gəlmədiyindən, danışıqların bu gün yerli vaxtla saat 09.30-da aparılması qərara alınıb.

Energetika üzrə Avropa komissarının mətbuat katibi Sabine Berger bildirib ki, Avropa Komissiyası üçtərəfli məsləhətləşmələr davam edə-edə Ukraynaya qaz nəqlinin dayandırıla biləcəyini gözləmir.

Qeyd edək ki, iki ölkə arasında əldə olunan razılaşmaya görə, Ukrayna noyabr-dekabr ayları üçün 1,45 milyard dollarlıq qaz pulu borcunu tam, aprel-may ayları üzrə borcun isə 500 milyon dollarını ödəməliydi.

Avropa komissarı Günter Ettinger bildirib ki, Rusiya və Ukrayna arasında qaz qiymətlərinə dair razılığın əldə olunması üçün bir neçə gün lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR