Bakı-APA. Sumqayıtda yük maşını yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Sumqayıt şəhərində avtomobil parkında "QAZ" markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 20:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.