Azərbaycan paytaxtında havanın temperaturu 29 dərəcəyə yüksələcək

Azərbaycan paytaxtında havanın temperaturu 29 dərəcəyə yüksələcək
# 14 may 2013 09:54 (UTC +04:00)

Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 15-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Mayın 16-dan respublika ərazisində mülayim-isti və yaz mövsümünə xas olan şimşək və yağışlı hava şəraiti gözlənilir. Belə hava kənd təsərrüfatı bitkilərinin inkişafı və boy atması üçün əlverişli olsa da, lakin ayrı-ayrı günlərdə gözlənilən qısamüddətli yağışlar payızlıq dənli əkinlərində gövdələrin yerə yatmasına və buğda sünbüllərində çiçəklənmənin çətinləşməsinə səbəb ola bilər.

Rütubətli və mülayim isti hava şəraiti ziyanvericilərin və alağın artması üçün əlverişli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR