Bakıda iki nəfər bıçaqlanıb

Bakıda iki nəfər bıçaqlanıb
# 09 iyun 2014 09:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda iki nəfər bıçaqlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Səbail rayonunun Nizami küçəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Yevlax rayon sakini Ceyhun Şəfiyev 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Abid Murtuzova bıçaq xəsarəti yetirdiyinə görə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Analoji hadisə Nəsimi rayonunda Rəşid Behbudov küçəsində qeydə alınıb. Şərur rayon sakini, 1982-ci il təvəllüdlü Kamran Novruzov bıçaq xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Vüsal Sadıxov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR