Dövlət Baytarlıq Xidməti üç rayonda reyd keçirib - FOTO - VİDEO

Dövlət Baytarlıq Xidməti üç rayonda reyd keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 aprel 2014 14:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Dövlət Baytarlıq Xidmətinin (DBX) bu gün keçirdiyi reydlər nəticəsində Balaxanı qəsəbəsində Tural Rəhimova məxsus evdən 1 ton 200 qram, Abşeron rayonunun Quşçuluq qəsəbəsində Canpolad Eyvazova məxsus evdə 250 kiloqram, Nizami rayonu ərazisində 300 kiloqrama yaxın baytarlıq sanitariya qaydalarına əməl olunmayan dondurulmuş toyuq budları aşkar edilib.

APA-nın məlumatına görə, Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Sialə Rüstəmova bildirib ki, bu gün Dövlət Baytarlıq Xidmətinin müfəttişləri Bakı şəhəri və Abşeron rayonunda 3 yerdə belə qanunsuz emal fəaliyyəti ilə məşğul olan sahibkarlar aşkarlayıb: “Balaxanı kəndindəki sex antisanitar şəraitdə fəaliyyət göstərir. Respublika Baytarlıq İdarəsinin laboratoriya mütəxəssisləri tərəfindən quş ətindən nümunələr götürülüb, analizlərin cavabı bəlli olduqdan sonra cavab tədbirləri həyata keçiriləcək. Sahibkarların dediyinə görə, toyuq budları sümükdən ayrılır, dönərxanalara, iaşə obyektlərinə, şadlıq evlərinə verilir”.

S.Rüstəmova qeyd edib ki, müayinənin nəticələri sabah günün sonunda bilinəcək: “Cərimələrimiz çox aşağı olduğu üçün biz bu cərimələrlə kifayətlənmirik. Bununla bağlı cərimələr 25 manatdır. Cərimələrin artırılması üçün təklif hazırlamışıq. Nəzərdə tutmuşuq ki, bu cərimələr 500-1000 manat arasında olsun. Reydlər müntəzəm olaraq davam etdiriləcək”.

Qeyd edək ki, hər üç obyektdən müayinələr götürülüb. Məhsullar müsadirə olunaraq baytarlıq müvəqqəti laboratoriyasının soyuducularında saxlanılır. Analizin nəticələrindən sonra onlar məhv ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR