Göyçayda güclü külək yanğına səbəb olub

Göyçayda güclü külək yanğına səbəb olub
# 27 iyun 2014 10:52 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda əsən güclü külək bir ailəni evsiz qoyub.

Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən xəbərə görə, hadisə bu gün saat 12.00 radələrində Göyçay rayonunun Yeniarx kəndində qeydə alınıb.

Bu gün səhər saatlarından başlayaraq əsən güclü külək yanğına səbəb olub. Kənd sakini, 1935-ci il təvəllüdlü Əhmədova Məhbubə Mahmud qızına məxsus ümumi sahəsi 180 kvadratmetr olan evdə bas verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub. Hadisə zamani ev içindəki əşyalar və sənədlərlə birgə tamamilə yanaraq yararsız hala düşüb. Evdə heç kim olmadığı üçün yanğınsöndürənlərə gec məlumat verilib. Yanğın zamanı yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

Hadisənin hansı səbəbdən bas verdiyi hələ ki, məlum deyil. Hadisə zamani xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR