“Nar Mobile” valideyn qayğısından məhrum olan uşaqlar üçün aksiya keçirib - FOTO

“Nar Mobile” valideyn qayğısından məhrum olan uşaqlar üçün aksiya keçirib - <span style="color: red;">FOTO
# 02 iyun 2014 10:51 (UTC +04:00)

Bakı. APA-Economics. İyun ayının 1-də “Nar Mobile” mobil operatoru öz korporativ sosial məsuliyyət (KSM) siyasəti çərçivəsində xeyriyyə aksiyası keçirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, mobil operator Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq valideyn qayğısından məhrum olmuş uşaqlar üçün sevinc dolu bayram tədbiri təşkil edib.

Aksiya çərçivəsində Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağının balaca sakinləri kinoteatrda “Meşə keşikçisi” cizgi filmini izləyiblər, daha sonra isə animatorla birgə müxtəlif əyləncəli oyunlarda iştirak ediblər. Tədbir çərçivəsində həmçinin uşaqlar üçün köpüklü şou və nahar süfrəsi təşkil olunub.

Qeyd edək ki, mobil operator hər il KSM siyasəti çərçivəsində uşaqlar üçün müxtəlif vaxtlarda xeyriyyə və dəstək yönümlü aksiyalar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR