Mətbuat Şurası mitinqdə jurnalistlərlə bağlı monitorinq aparıb

Mətbuat Şurası mitinqdə jurnalistlərlə bağlı monitorinq aparıb
# 15 dekabr 2013 18:12 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Mətuat Şurası (MŞ) Milli Şuranın bu gün keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

MŞ-dən APA-ya daxil olan məlumata görə, aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinə qarşı hər hansı maneçilik faktı qeydə alınmayıb. Mətbuat Şurasının “qaynar xətt”inə də hər hansı şikayət daxil olmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin üzərində əsasən «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR