“Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri” adlı kitab nəşr olunub

“Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri” adlı kitab nəşr olunub
# 30 avqust 2013 12:26 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri” adlı kitab nəşr olunub.

Bu barədə APA-ya Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, dosent Təranə Şükürova bildirib.

T. Şükürova deyib ki, əsər nəzəri cəhətdən aktuallıq kəsb edir və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi tərəfindən hazırlanıb. Nəşr türk dilləri şöbəsinin alimlərinin və kitab kollektivinin yardımı ilə institutun qeyd olunan şöbəsinin müdiri, filologiya elmləri doktoru Məhəbbət Mirzəliyevanın redaktorluğu ilə hazırlanıb.

T. Şükürova bildirib ki, qıpçaq qrupu türk dillərinin leksikasına həsr olunmuş tədqiqatda məhz 10 - qazax, qırğız, tatar, başqırd, qaraqalpaq, qumuk, qaraçay-balkar, noqay, qaraim və krım-tatarlarının dillərinin materiallarından istifadə olunub. Bu monoqrafiyada qıpçaq qrupu türk dillərinin lüğət tərkibi, dialekt və terminoloji leksikası öyrənilir. Əsərdə türkün tarixi yaddaşını silkələyə biləcək onomastik faktlar (toponim, antroponim və etnonim), maddi, mənəvi və mədəni aləmini işıqlandıran məişət leksikası da araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR