Salyanda çayda naməlum kişi cəsədi aşkarlanıb

Salyanda çayda naməlum kişi cəsədi aşkarlanıb
# 15 aprel 2014 20:21 (UTC +04:00)

Bakı-APA. Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində (“Salyan” sularda xilasetmə məntəqəsindən, təxminən 5 km məsafədə, nəzarət olunmayan ərazidə) naməlum kişi cəsədi aşkarlanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:18-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR