Bu il Cənubi Qafqaz Boru Kəməri üzrə 9 mln. dollar əsaslı xərc çəkilib

Bu il Cənubi Qafqaz Boru Kəməri üzrə 9 mln. dollar əsaslı xərc çəkilib
# 14 noyabr 2013 13:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəməri (CQBK, Bakı-Tbilisi-Ərzurum) ilə bağlı fəaliyyətə 9 mln. ABŞ dolları həcmində əsaslı xərclər çəkilib. «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bütövlükdə bu il üçün isə bu işlərə 13 mln. dollar nəzərdə tutulub.

Şirkətin məlumatında qeyd olunub ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından isə həm də Türkiyəyə «Şahdəniz-1» qazını çatdırır: «İlk üç rübdə CQBK-nın gündəlik orta ötürücülük gücü 12,4 mln. kubmetr qaz və ya gündə 75 376 barel neft ekvivalenti olub».

Qeyd edək ki, CQBK-nin sərmayədarları BP (texniki operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd.» (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR