Nazir: “Fərdi mühafizə vasitələrinə ehtiyacı daxili imkanlar hesabına qarşılayacağıq”

Nazir: “Fərdi mühafizə vasitələrinə ehtiyacı daxili imkanlar hesabına qarşılayacağıq”
# 24 aprel 2014 10:18 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazirin sözlərinə görə, hazırda bu tələblərin qarşılanması üçün MSN müəssisələrində istehsal və yeni məhsulların yaradılması istiqamətində layihələr işlənilir.

Y. Camalov artıq nazirliyin müəssisələrindən birində zirehli gödəkcə və dəbilqə istehsalının mənimsənildiyini bildirib. Azərbaycanda istehsal olunmuş zirehli gödəkcə və dəbilqə ötən il Türkiyədə, bu il isə Malayziyada keçirilmiş hərbi sərgilərdə nümayiş etdirilib.

APA-nın MSN mütəxəssislərindən aldığı məlumata görə, Azərbaycan istehsalı olan bədən zirehinin qoruması NİJ Level IIIA və Level IV səviyyəsinə uyğundur. Hazırda müəssisədə bu zirehin qoruma səviyyəsi saxlanılmaqla, çəkisinin azaldılması istiqamətində işlər aparılır.

Zirehli gödəkcə dünyada qəbul edilmiş standart dizayna malikdir. Üzərində döyüş sursatları və rabitə vasitələrini daşımaq üçün ciblər yerləşir. Eləcə də hərəkətdə olduqda astarı tərləməni önləyir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR