Azərbaycan prezidenti Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün 5,3 milyon manat ayırıb

Azərbaycan prezidenti Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün 5,3 milyon manat ayırıb
# 28 mart 2014 15:33 (UTC +04:00)

APA-nın məlumatına görə, 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Quba Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşmənin təmin edilməsi, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR