Təhsil Nazirliyi: Sumqayıt Dövlət Universitetinin ixtisaslarının sayı artırılır

Təhsil Nazirliyi: Sumqayıt Dövlət Universitetinin ixtisaslarının sayı artırılır
# 28 fevral 2014 13:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin “Facebook” səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, maddi-texniki bazası və kadr potensialı qənaətbəxş olan Sumqayıt Dövlət Universitetinin maddi-texniki və tədris-laborator bazasının gücləndirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

Eyni zamanda Sumqayıt Dövlət Universitetinin ixtisaslarının sayı artırılır və bununla da Sumqayıtda yaşayan gənclərin rahatlıqla öz şəhərlərində ali təhsil almasına şəraitin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin sonlarında prezidentin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Təhsil nazirinin əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Həmçinin SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq E.Hüseynova həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR