Konstitusiya Məhkəməsində MDB Parlament Assambleyasının  ekspert qrupunun üzvləri ilə görüş keçirilib - FOTO

Konstitusiya Məhkəməsində MDB Parlament Assambleyasının  ekspert qrupunun üzvləri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 05 sentyabr 2013 13:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Konstitusiya Məhkəməsində qarşıdakı prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlament Assambleyasının (MDB PA) ekspert qrupunun üzvləri ilə görüş keçirilib.

Məhkəmədən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən məhkəmənin sədri Fərhad Abdullayev ekspert qrupunun prezident seçkiləri ərəfəsində Azərbaycana səfərinin vacib olduğunu qeyd edib. O bildirib ki, MDB Parlament Assambleyasının seçkilərin monitorinqi ilə bağlı həyata keçirdiyi missiya böyük əhəmiyyətə malikdir.

MDB Parlament Assambleyası Şurasının baş katibinin müavini, Azərbaycan Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov qeyd edib ki, ekspert qrupu bu il missiyasını daha geniş ərazidə həyata keçirməyi qərara alıb.

MDB PA-nın demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun direktoru Dmitri Qladey məlumat verib ki, missiya Gəncə və digər şəhərlərdə dairə və məntəqə seçki komissiyalarının formalaşması, təqvim planlarının tərtib edilməsi və digər proseslərlə tanış olub. Bütün bunlar geniş faktiki materialların toplanmasına şərait yaradıb.

Daha sonra görüş müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR