Bakı-Tiflis-Qars dəmiryolunun Cavaxetiya hissəsindəki tikinti sahəsində oğurluq edilib

Bakı-Tiflis-Qars dəmiryolunun Cavaxetiya hissəsindəki tikinti sahəsində oğurluq edilib
# 08 may 2014 22:10 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Samsxe-Cavaxetiya bölgəsindəki tikinti sahəsində yerli sakinlər tərəfindən oğurluq edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, oğurluğu ata və oğul olan iki erməni edib.

Məlumata görə, BTQ dəmiryolu keçən hissəsində, Ninosminda rayonundakı Poka kəndində dəmiryol xətti çəkilməsində istifadə olunan metal materiallar və digər tikinti materialları kənd sakinləri 50 yaşlı ata H. Seyran və onun oğlu 25 yaşlı H. Volodya tərəfindən oğurlanıb. Ninosminda rayon polis idarəsinin operativ qrupu təcili olaraq oğurluğun izinə düşüb və oğurlanan materiallar BTQ-nin tikinti sahəsinə qaytarılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluqla bağlı cinayət işi başlanıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR