Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kollegiya iclası keçirilib - FOTO

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO
# 12 fevral 2014 08:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.


«APA-Economics»in məlumatına görə, kollegiya iclasında çıxış edən Komitə sədri Qərib Məmmədov bildirib ki, Komitənin struktur vahidləri, o cümlədən tabeçiliyində olan Dövlət Yerquruluşu Layihə İnstitutu, Dövlət Aerogeodeziya Müəssisəsi, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi və Bakı Kartoqrafiya Fabrikinin üzərinə 2013-cü ildə də torpaq, geodeziya və kartoqrafiya sahəsində Azərbaycan qanunlarına, prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına müvafiq olaraq mühüm dövlət tapşırıqları qoyulub.


Q.Məmmədov qeyd edib ki, bu tapşırıqlarla əlaqədar icraçı struktur vahidlərinin rəhbərlərinin hesabatları dinlənilib, müzakirə olunaraq müvafiq qərar qəbul olunub: «Ötən dövrdə torpaq payı alacaq 3 438 625 subyektdən (873 618 ailədən) 3 428 136 subyektə (871 220 ailəyə) torpaq payları naturada və hüquqi sənədlər əsasında ayrılaraq verilib ki, bu da özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7%-i deməkdir. Keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olub və özəlləşdirilməsi nəzərdə tutulan 1,395 mln. hektar torpaq sahəsinin 1,393 mln. hektarı, yəni 99,8%-i pay torpağı kimi xüsusi mülkiyyətə verilib».


Q.Məmmədov bildirib ki, hesabat ilində Milli Məclisdə dövlət reyestri aparılaraq şəhadətnamənin verilməsi məqsədilə respublikanın 41 rayonu üzrə 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işləri həyata keçirilib: «Ölkənin 34 rayonu üzrə 176 bələdiyyənin ərazi sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işlərinə başlanılıb və bundan 35 bələdiyyənin xəritələrinin hazırlanması işləri başa çatdırılıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR