Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq maliyyə xidməti rəisinin cəzası yüngülləşdirilib

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq maliyyə xidməti rəisinin cəzası yüngülləşdirilib
# 01 noyabr 2013 10:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq maliyyə xidməti rəisi Aydın Sadıqovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. A. Sadıqovun cəzası 7 il 6 aydan 4 ilə endirilib.

Qeyd edək ki, A. Sadıqov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 326.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları oğurlama və ya məhv etmə) maddələri ilə ittiham olunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə A. Sadıqov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR