Moqadişo beynəlxalq hava limanında güclü partlayış nəticəsində 6 nəfər ölüb

Moqadişo beynəlxalq hava limanında güclü partlayış nəticəsində 6 nəfər ölüb
# 13 fevral 2014 14:27 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Somali paytaxtı Moqadişoda beynəlxalq hava limanı ərazisində güclü partlayış baş verib.

APA-nın “Əl Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, güclü mühafizə olunan hava limanının girişində minalanmış avtomobilin partlaması nəticəsində ən azı 6 nəfər həlak olub.

Partlayışı Somalidə fəaliyyət göstərən “Əş Şabab” terrorçu qruplaşması tərəfindən törədildiyi ehtimal olunur. Güman edilir ki, terrorçular aeroport ərazisində olan Afrika Birliyinin Somalidəki Missiyasının qüvvələrinə hücum etmək niyyətində idi.

Somali hüquq-mühafizə orqanları istintaqa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR