Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq sazişi imzalanacaq

Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq sazişi imzalanacaq
# 17 iyul 2013 07:31 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlığa dair saziş imzalanacaq. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, məsələ Ermənistan hökumətinin iyulun 18-də keçiriləcək iclasının gündəminə daxil edilib.

Ermənistanla Polşa arasında hərbi əməkdaşlıq 2004-cü ildə Varşavada imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında sazişlə başlayıb. NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Ermənistan NATO ölkələri ilə əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR